Onlayn ictimai-siyasi qəzet
Serbiya prezidenti Aleksandr Vuçiç bəyan edib ki, ölkə 2030-cu ilə qədər Avropa İttifaqına daxil ola bilər, lakin bunun əsas şərtlərindən biri – Kosovo Respublikasının müstəqilliyinin tanınmasıdır.
Musavat.com-un məlumatına görə Vuçiç eyni zamanda bildirib ki, özü bu addımı atmayacaq:
“Mən Kosovo müstəqilliyini qəbul etməyəcəyəm, amma məndən sonra bunu etmək istəyən olarsa – qoy özü qərar versin".
Bu açıqlama Serbiya və Aİ münasibətlərində, eləcə də Balkan regionunun siyasi xəritəsində ciddi rezonans doğurub. Ekspertlərə görə, Belqradın qərarı həm ölkənin Avropa istiqamətini, həm də milli kimlik məsələsini həlledici nöqtəyə gətirə bilər.
Musavat.com
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ