İnsanlara hürriyət, millətlərə istiqlal!

Tiflisdə yeni aksiyalar – hökumət dəyişikliyi və yeni seçkilər tələb olunur

Tiflisin mərkəzində Gürcüstanın 5-ci prezidenti Salome Zurabişvilinin iştirakı ilə kütləvi etiraz aksiyası keçirilib.

Musavat.com ArbatMedia saytına istinadla xəbər verir ki, iştirakçılar yeni parlament seçkiləri və saxlanılan fəalların azad edilməsini tələb ediblər.

Yürüş, nəticələri müxalifət partiyaları və vətəndaş cəmiyyətinin bir hissəsi tərəfindən tanınmayan parlament seçkilərinin ildönümündə baş tutub. "Sona qədər, qələbəyə qədər!" şüarı altında hərəkət edən aksiya iştirakçıları respublika meydanından parlament binasına doğru irəliləyiblər.

333 gündür ki, ardıcıl olaraq parlamentin yaxınlığında yeni seçkilər və saxlanılan nümayişçilərin azad edilməsi tələbi ilə etiraz aksiyaları keçirilir.

Salome Zurabişvili izdihama müraciət edərək, hazırkı parlamentin və onun varisi Mixeil Kavelaşvilinin legitimliyini tanımadığını bildirib.

O, Rusiya modelinə əsaslanan seçkilər keçirməklə qanunsuzluğunu təsdiqləyən bu rejimə heç nəyin kömək etməyəcəyini bildirib və əlavə edib ki, "rejimin günləri sayılıdır" və onlar "bir az daha səbirli olmalıdırlar".

Etirazlar ötən ilin noyabr ayında hakimiyyətin Gürcüstanın Avropa Birliyi ilə üzvlük danışıqlarını 2028-ci ilin sonuna qədər təxirə salmaq qərarından sonra başlayıb. O vaxtdan bəri parlament etirazçılar, media və ictimai təşkilatlar üçün qaydaları sərtləşdirən bir neçə qanun qəbul edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Oktyabr 2025

27 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR