Onlayn ictimai-siyasi qəzet
Hamilə qadının qeyri-adi arzusu sosial şəbəkələrdə müzakirə doğurub.
Gənc qadın bildirib ki, o, hamiləlik dövründə gözlərinin rəngini dəyişdirərək doğulacaq körpəsinin mavi gözlü olacağına ümid edib.
Musavat.com xəbər verir ki, o, populyar bir kanala verdiyi müsahibədə kosmetik prosedurun DNT-yə təsir göstərəcəyinə və uşağın zahiri görkəminə yansıyacağına inandığını etiraf edib. Lakin bu “eksperiment” nəticəsiz qalıb və gözlənilən effekt baş verməyib.
Hadisə sosial şəbəkələrdə böyük rezonans yaradıb. İstifadəçilər qadının addımını istehza ilə qarşılayıblar.
Şərhlərdə yazılıb:
“Hamiləlikdən əvvəl lazer epilyasiyası etdirdim ki, uşaqlarım tüksüz doğulsun”.
“Alman dilini öyrəndim ki, uşaqlarım doğulandan alman dilini bilsin!”
Ekspertlər isə vurğulayırlar ki, insanın genetik xüsusiyyətlərini kosmetik prosedurlar vasitəsilə dəyişmək mümkün deyil.
Musavat.com
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ