İnsanlara hürriyət, millətlərə istiqlal!

Çindən gələnlər Gürcüstanda uran almağa cəhd etdi

Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti Tbilisidə üç Çin vətəndaşını saxlayıb.

Musavat.com xəbər verir ki, onlar 2 kiloqram uranı 400 min dollara almağa və daha sonra Rusiyadan istifadə edərək gizli şəkildə Çinə çıxarmağa cəhd etməkdə şübhəli bilinirlər.

İstintaq məlumatlarına görə, şübhəlilər radioaktiv maddəni qanunsuz yollarla əldə edib, ölkə xaricinə çıxarmaq üçün plan qurublar.

Hazırda saxlanılan şəxslər barəsində cinayət işi açılıb və onlara 10 ilə qədər azadlıqdan məhrumetmə cəzası verilə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR