İnsanlara hürriyət, millətlərə istiqlal!

Tramp HƏMAS-a 48 saat vaxt verdi: Girovların cəsədləri qaytarılmasa...

HƏMAS hərəkatı ölən girovların cəsədlərini "mümkün qədər tez" İsrailə qaytarmasa, ona qarşı tədbirlər görüləcək.

Musavat.com xəbər verir ki, ABŞ prezidenti Donald Tramp bunu özünün Truth Social səhifəsində yazıb:

"HƏMAS, iki amerikalı da daxil olmaqla, ölən girovların cəsədlərini mümkün qədər tez qaytarmağa başlamalı olacaq, əks halda, bu böyük sülh prosesində iştirak edən digər ölkələr tədbir görəcəklər".

Amerika lideri həmçinin əlavə edib ki, növbəti 48 saat ərzində HƏMAS-ın hərəkətlərini "çox diqqətlə izləyəcək".

"Əşarq əl-Əvsət" qəzetinin 17 oktyabrda mənbələrə istinadən verdiyi məlumata görə, Qəzzada HƏMAS girovlarının qalan cəsədlərini tapmaq üçün "genişmiqyaslı axtarış əməliyyatı" tələb olunacaq. Qəzetin mənbələrinə görə, axtarışlar qalıqların dəfn yerlərini bilən HƏMAS tərəfdarlarının döyüşlərdə öldürülməsi ilə çətinləşir. Bundan əlavə, anklavın cəsədlərin basdırıldığı ehtimal edilən bəzi əraziləri İsrail hərbçiləri tərəfindən tamamilə dağıdılıb və yerlə-yeksan edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Oktyabr 2025

26 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR