İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbulda “casusluq” istintaqı dərinləşir: Əkrəm İmamoğlunun ifadəsi alınır

Türkiyədə İstanbul Böyükşəhər Bələdiyyəsinin keçmiş rəhbəri, hazırda həbsdə saxlanılan Əkrəm İmamoğlu barəsində aparılan “casusluq” istintaqı çərçivəsində ifadəvermə mərhələsinə keçilib.

Musavat.com xəbər verir ki, istintaq materiallarında İmamoğluna qarşı “dövlət təhlükəsizliyi ilə bağlı məlumatların qanunsuz əldə olunması və ötürülməsi” maddəsi üzrə ittiham irəli sürülüb.

Prokurorluq iddia edir ki, bəzi məlumatların üçüncü tərəflərlə paylaşılması ehtimalı araşdırılır.

Qeyd edək ki, sözügedən istintaq çərçivəsində daha əvvəl İmamoğlunun seçki kampaniyasına rəhbərlik etmiş Necati Özkan və jurnalist Mərdan Yanardağ barəsində də hüquqi prosedurlar başlanıb. Sonuncu artıq saxlanılıb.

Müxalifət bu prosesi siyasi sifariş kimi qiymətləndirir və İmamoğlunun mümkün gələcək prezident və ya siyasi liderlik perspektivlərinə qarşı yönəldildiyini bildirir. İqtidar tərəfi isə ittihamların “tam hüquqi əsaslarla aparıldığını” vurğulayır.

Hazırda istintaq davam edir, yaxın günlərdə prokurorluğun əlavə açıqlama verməsi gözlənilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR