İnsanlara hürriyət, millətlərə istiqlal!

Mehdiyevin həbsinə Rusiyadan daha bir reaksiya

“SP”: “Azərbaycan hakimiyyəti  onu o qədər də təhlükəli hesab etmir, ona görə də...”

“Əgər Bakıda təhlükəsizlik qüvvələri Ramiz Mehdiyevin “Moskvanın təsir agenti” kimi real təhlükə yarada biləcəyini güman etsəydilər, çox güman ki, Rusiya-Azərbaycan münasibətlərində soyuqluğun pik nöqtəsində onu həbs edərdilər”. Musavat.com xəbər verir ki, politoloq Mixail Neyjmakov “Svobodnaya pressa”ya açıqlamasında Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsindəki cinayət işindən danışarkən belə deyib.  

hqdefault (2).jpg (20 KB)

Politoloq hesab edir ki, dövlət çevrilişinə cəhddə təqsirləndirilən Mehdiyevin Rusiya ilə bağlantıları haqda deyilənlər hazırda Bakıda araşdırılır. Amma bu,  iki paytaxt arasında gələcək qarşıdurmaya səbəb olmayacaq: “Bu adam ev dustaqlığına buraxılıb. Bununla belə, həmin şəxs, digər məsələlərlə yanaşı, “hakimiyyəti zorakılıqla ələ keçirməyə yönəlmiş hərəkətlərdə” ittiham olunarsa, potensial tərəfdarları ilə təmasın qarşısını almaq və ya onu azad etmək cəhdlərinin qarşısını almaq üçün onu mümkün qədər təcrid etməyə çalışacaqları daha çox gözlənilən olardı. Təbii ki, burada yaş məsələsi də var. Ramiz Mehdiyevin artıq 87 yaşı var və onun istintaq təcridxanasında saxlanılması çox ağır nəticəsi olardı.Yəni Azərbaycan hakimiyyətin onu o qədər də təhlükəli hesab etmir. Ona görə bu məsələ yalnız dolayı yolla Rusiya-Azərbaycan münasibətlərinə təsiri  ola bilər. Eyni zamanda, xarici siyasət böhranlarından sonra həm Bakı, həm də Moskva yəqin ki, yeni  böhranda maraqlı deyillər. Hələlik praqmatik dialoqun əlamətləri daha çoxdur”.

Yada salaq ki,  Bakı şəhəri Səbayel Rayon Məhkəməsi oktyabrın 14-də Ramiz  Mehdiyev barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. Ramiz Mehdiyevə DTX-də başlanmış cinayət işi üzrə AR Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham irəli sürülüb.

Musavat.com 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Oktyabr 2025

26 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR