Onlayn ictimai-siyasi qəzet
Oktyabrın 19-da Luvr muzeyində baş vermiş oğurluq hadisəsi üzrə təhqiqat aparan mütəxəssislər muzeyin mühafizəçilərindən birinin potensial qarətçilərlə əlaqədə olduğunu sübut edən dəlillər aşkar ediblər.
Bu barədə "The Telegraph" qəzeti mənbələrə istinadən xəbər verir.
Məlumata görə, muzeyin təhlükəsizlik məlumatları oğurluqdan əvvəl cinayətkarlara ötürülüb.
Qeyd olunur ki, bunu sübut edən səs yazıları və mesajlar mövcuddur, lakin muzeydən zərgərlik əşyalarını oğurlayanların şəxsiyyəti hələ də müəyyən edilməyib. /Oxu.Az
27 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ