İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinin Bakıya zəngi - Rusiya mediası nə yazır?

Oktyabrın 24-də Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev telefonla ikitərəfli məsələləri müzakirə ediblər. Kremlin mətbuat xidmətinin məlumatına görə, onlar ticarət-iqtisadi əlaqələrin daha da inkişafına sadiq olduqlarını bir daha təsdiqləyiblər. Zəng Moskvanın təşəbbüsü ilə baş tutub. 

“Həm Rusiya, həm də Azərbaycan prezidentlərinin mətbuat xidmətləri telefon danışığının Düşənbədə “görüşün davamı olaraq” baş tutduğunu bildirsələr də, söhbətin səbəblərindən biri son hadisələr ola bilər”. Musavat. com xəbər verir ki, bunu politoloq Mixail Neyjmakov “Svobodnaya pressa” ya  müsahibəsində deyib. 

Politoloqa görə, son telefon danışığında ABŞ-nin Rusiyaya yeni sanksiyaları, Moskva ilə Bakı arasında əməkdaşlıq perspektivləri müzakirə oluna bilərdi: “Çox güman ki, bu söhbət zamanı Moskva ilə Bakı arasındakı ziddiyyətləri aradan qaldırmağın yolları da müzakirə olunub”.

“Prezidentlər Bakının Ukraynaya dəstəyini müzakirə edə bilərdimi” sualına politolq Kremlin Türkiyə ilə münasibətlərini yada salıb: “Ankara da Bakı kimi Krımda keçirilən referendumun nəticələrini və Rusiya Federasiyasının yeni tərkib hissələrini tanımır.  Türkiyə Ukrayna Silahlı Qüvvələrini silahla təmin edir. Bakı da öz növbəsində Ukraynaya humanitar yardım göndərdiyini açıq şəkildə bəyan edib və neft məhsullarının tədarükü barədə də ictimaiyyətə məlumat verilib. Bir sıra Rusiya və xarici KİV-lər də Azərbaycandan Ukraynaya silah tədarükü ilə bağlı xəbərlər yayıblar, lakin bu, rəsmi şəkildə təsdiqini tapmayıb. Nə Rusiya Xarici İşlər Nazirliyi, nə də təhlükəsizlik orqanları məsələ ilə bağlı heç bir rəsmi açıqlama verməyib. Eyni zamanda, Türkiyə ilə olduğu kimi, Moskva da sanksiyalar altında Azərbaycan vasitəsilə üçüncü ölkələrlə xarici iqtisadi əlaqələrin qurulmasının mümkünlüyündə açıq şəkildə maraqlıdır”. 

rusiya_azerbaycan_22 (1).jpg (95 KB)

Politloq deyib ki, yaxın vaxtlarda Bakı ilə Moskva arasında yeni soyuqluq olmasa, “Sputnik Azərbaycan” ın həbsdə olan digər əməkdaşlarının da azadlığa buraxılma şansları yüksəkdir. “Moskva ilə Bakı arasında münasibətlərdə yeni böhranlar baş verməsə, dekabrın sonunda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində prezidentlər səviyyəsində yeni danışıqlarla 2025-ci ilin noyabr-dekabr aylarında iki ölkənin həm iqtisadi, həm də təhlükəsizlik blokları arasında intensiv təmasların olacağını gözləmək olar. Aydındır ki, Bakı indi həm Cənubi Qafqazda 2020-2023-cü illərdə qüvvələr balansında baş verən əhəmiyyətli dəyişikliklərdən, həm də Donald Trampın 2025-ci ildə Ağ Evə qayıtmasından sonra ABŞ-la münasibətlərdəki istilişmədən  sonra özünü daha inamlı hiss edir. Moskva ilə Bakı arasında praqmatik dialoqun gələcək inkişafı tamamilə mümkündür” deyə, o bildirib.  

1760011724_811adb22c5871d9b3fa58806dd00e0a8.jpg (125 KB)

Politoloq iddia edib ki, Moskva ilə Bakı arasında gərginliyin yenidən güclənməsi Ermənistanda parlament seçkiləri kampaniyasının rəsmi başlanması ərəfəsində və ondan sonra, təqribən 2026-cı ilin fevral-martından iyun ayına kimi müşahidə oluna bilər: “Lakin bu o demək deyil ki, belə gərginliklər mütləq şəkildə açıq şəkildə ictimailəşəcək”. 

“İki lider arasında aparılan danışıqların təfərrüatlarından xəbərsizik, lakin Rusiya və Azərbaycanın təkcə Azərbaycanda həbs olunan rusiyalı jurnalistlərlə bağlı deyil, müzakirə edəcəyi çox şey var. İnanıram ki, tezliklə bu danışıqların nəticələrini görmək imkanımız olacaq, ya da bunun nəticəsini,” siyasi təhlilçi Alexander Averin nəşrə açıqlamasında belə deyib.  

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Oktyabr 2025

26 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR