İnsanlara hürriyət, millətlərə istiqlal!

Ankarada əyləncə məkanına silahlı hücum - FOTO

Türkiyənin paytaxtı Ankaranın Yenimahalle rayonunda şəxsiyyəti məlum olmayan motosikletli şübhəlilər bir əyləncə məkanına silahlı hücum ediblər.

Bu barədə TRT Haber məlumat yayıb.

Hücum nəticəsində ölən və ya yaralanan olmayıb, lakin obyektə maddi ziyan dəyib.

Beştepe məhəlləsi, Armada Hayat küçəsində yerləşən əyləncə məkanına nömrəsiz motosikletlə gələn 2 nəfər silahla atəş açaraq hadisə yerindən qaçıblar.

Məlumat daxil olduqdan sonra polis əməkdaşları hadisə yerinə göndərilib.

Hadisə şahidlərinin ifadələri alınıb və ətrafdakı təhlükəsizlik kamerası görüntüləri araşdırılıb. Şübhəlilərin saxlanılması üçün əməliyyat başlanıb.

Hücumda yaralanan olmayıb, lakin iş yerinə maddi ziyan dəyib.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR