İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Çinlə ticarət müqaviləsi naminə Tayvandan imtina etməyəcək

Vaşinqton Çinlə əlverişli ticarət müqaviləsi müqabilində Tayvana dəstəyindən imtina etməyəcək.

Musavat.com Bloomberg-ə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio İsraildən yola düşməzdən əvvəl jurnalistlərə deyib: "Əgər kimsə Tayvandan imtina etmək müqabilində daha yaxşı ticarət şərtləri əldə edəcəyimizdən narahatdırsa, sizi əmin edirəm ki, heç kim bu barədə düşünmür".

Rubionun ABŞ Prezidenti Donald Trampa Malayziya, Yaponiya və Cənubi Koreyaya səfərini də əhatə edən Asiya səfərinə qoşulacağı bildirilir. Tramp gələn həftə Çin Prezidenti Si Cinpinlə də görüşəcək.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR