İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada sorğu: Putin və Stalin “ölkəyə ən çox fayda verən liderlər” hesab olunur

 Rusiya Elmlər Akademiyasının Sosial-Siyasi Tədqiqatlar İnstitutunun keçirdiyi sorğunun nəticələrinə görə, rusiyalıların böyük hissəsi Vladimir Putini və İosif Stalini ölkəyə “ən çox fayda gətirən” rəhbərlər kimi dəyərləndirir.

Musavat.com xəbər verir ki, məlumatı müxalif “Verstka” nəşri yayıb. Nəticələrə əsasən, respondentlərin 65 faizi Putini Rusiyaya ən çox xeyir verən lider hesab edib. Bu, müşahidələrin aparıldığı illər ərzində rekord göstəricidir.

2000-ci ildə bu rəqəm cəmi 12 faiz idi, 2018-ci ildə 54 faizə qalxmışdı. Ukraynada müharibə başladılandan sonra isə Putinə dəstək göstəricisi 60 faizdən yuxarı qalxıb.

Mütəxəssislərin fikrincə, bu nəticə Rusiyada son illər aparılan dövlət təbliğatının və informasiya məkanında tənqidlərin sıxışdırılmasının nəticəsidir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR