Onlayn ictimai-siyasi qəzet
Rusiya prezidenti Vladimir Putin “Burevestnik” adlı nüvə enerjisi ilə işləyən qanadlı raketin sınaqlarının uğurla başa çatdığını açıqlayıb.
Musavat.com xəbər verir ki, onun sözlərinə görə, Rusiya nüvə qüvvələri bu gün də dünyanın ən güclüləri sırasında yer alır.
Putin vurğulayıb ki, Rusiyanın nüvə qalxanı öz etibarlılığını bir daha sübut edib. O, “Burevestnik” raketinin texniki xüsusiyyətlərinin və mümkün istifadə istiqamətlərinin müəyyənləşdirilməsi, həmçinin raketin Rusiya Silahlı Qüvvələrində yerləşdirilməsi üçün zəruri infrastrukturun hazırlanması barədə göstəriş verib.
“Bu həftə Rusiya Silahlı Qüvvələri strateji hücum qüvvələrinin təlimini keçirdi. Təlim çərçivəsində strateji nüvə qüvvələrinin üç komponenti üzrə döyüş buraxılışları və qabaqcıl silahların sınaqları həyata keçirildi”, - deyə Putin əlavə edib.
Musavat.com
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ