Onlayn ictimai-siyasi qəzet
PKK terror təşkilatı Türkiyə ilə “Sülh prosesi”nin ikinci mərhələsinin başladığını və bu çərçivədə bütün kürd silahlı dəstələrinin ölkə ərazisindən tam çıxarılacağını açıqlayıb.
Musavat.com xəbər verir ki, kürd mediası döyüşçülərin Türkiyədən geri çəkildiyini göstərən görüntülər yayıb.
Türkiyə mediasının verdiyi məlumata görə, PKK-nın liderlərindən Sabri Ok bildirib ki, terror təşkilatı Türkiyədə fəaliyyətini tam dayandıracaq:
“Bütün qüvvələrimizi Türkiyədən çıxarırıq”.
Bəyannamədə həmçinin vurğulanıb ki, təşkilat 12-ci konqresin qərarlarına sadiqdir və onları həyata keçirməyə qətiyyətlidir. Lakin bunun üçün qanuni və siyasi addımların mümkün qədər tez atılması vacibdir.
Musavat.com
26 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ