İnsanlara hürriyət, millətlərə istiqlal!

Metroda qatarların intervalında gecikmə olub?

"Bakı Metropoliteni" QSC-də şənbə günü qatarların intervalındakı gecikməyə aydınlıq gətirilib.

Bu barədə Oxu.Az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov məlumat verib.

"Hazırda "Bakı Metropoliteni"nin xətlərinin "28 may" və "Əhmədli" stansiyaları arasında qatarların hərəkəti üç dəqiqəlik intervalla tənzimlənir. "Bakı Metropoliteni"nin "28 may"- "Dərnəgül, "28 may"- "İçərişəhər" stansiyaları arasındakı sahələrdə qatarların hərəkəti isə altı dəqiqəlik intervalla tənzimlənir. Çünki "28 may" stansiyasında "Bakı Metropoliteni"nin xətləri birləşir, kəsişir.

Bu səbəbdən "28 may" stansiyasına qədər qatarlar eyni yolu gedir, daha sonra hər bir qatar öz xətti ilə müstəqil hərəkət edir. Bundan əlavə olaraq, əgər qatar "Nəriman Nərimanov" stansiyasından, "Bakmil" stansiyasından daxil olursa, bu qrafik üzrə olan bir məsələdir. Çünki "Bakı Metropoliteni"nin elektrik deposu xəttin ortasında yerləşdiyindən həmin an "Ulduz" stansiyasından "Əhmədli" stansiyasına qədər interval hazırkı qrafik üzrə altı dəqiqə ola bilər.

Qatarlar "Bakı Metropoliteni"ndə həm qrafik üzrə, həm sərnişin axının tələbatı üzrə "Neftçilər" və "Memar Əcəmi" stansiyalarından geri qaytarılır. "Neftçilər" stansiyasından qatar geri qayıdarsa, hazırkı qrafikə uyğun olaraq, "Xalqlar Dostluğu" və "Əhmədli" stansiyasında interval altı dəqiqə ola bilər.

"Memar Əcəmi" stansiyasından qatar geri qaytarılırsa, həmin sahədə altı dəqiqə intervaldırsa, bu o deməkdir ki, "Memar Əcəmi" stansiyasından "Dərnəgül" stansiyasına qədər olan sahədə interval bundan iki dəqiqə artıq ola bilər.

Şənbə və bazar günlərində hərəkət qrafiki iş günlərindən tam fərqli tənzimlənir. Amma buna rəğmən, "Bakı Metropoliteni"nin xətlərində hərəkətin tənzimlənməsi üçün ehtiyat qatarlar hazır saxlanılır və daim xətdə buraxılır.

Hazırda xətdən bir dənə boş qatar çıxarılıb. Hər şənbə günü bunu görə bilərsiniz. Bu, sınaq qatarıdır.

Müəyyən qulluq, baxış elementləri aparılmış qatarlar normativ tələblərə uyğun olaraq sərnişinsiz olaraq xəttə verilir. Sərnişinsiz qatar dövrə vurduqda qarşısında da sınaq qatarı yazılır və bütün stansiyalarda elan olunur ki, qatara minik yoxdur. Qatar stansiyada dayanmadan keçir.

Əmin olun ki, "Bakı Metropoliteni"nin stansiyalarında və qatarlarda texniki nasazlıq və digər məsələlər olarsa, mən bunların hamısını sizə çatdıraram", - o bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Oktyabr 2025

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR