İnsanlara hürriyət, millətlərə istiqlal!

Britaniyada 260-dan çox cinayətkar səhvən azadlığa buraxılıb

Bu il Böyük Britaniyada 260-dan çox məhbus səhvən azadlığa buraxılıb.

Musavat.com xəbər verir ki, bu barədə “Sky News” hökumət məlumatlarına istinadla məlumat yayıb.
Qeyd olunur ki, 2024-cü ilin martı ilə 2025-ci ilin martı arasında ölkədə 262 cinayətkar səhvən azadlığa buraxılıb. Bunlardan 233-ü həbsxanadan, daha 29-u isə birbaşa məhkəmə zalından azad edilib. Belə halların sayı əvvəlki illə müqayisədə 128 faiz artıb.

Bu məlumatlar Britaniyanın Eppinq şəhərində bir qadına və 14 yaşlı qıza cinsi təcavüz edən efiopiyalı miqrant Haduş Kebatu ilə bağlı qalmaqal fonunda açıqlanıb. Bu iş geniş şəkildə ictimaiyyətə açıqlanıb və ölkə daxilində kütləvi etirazlara və iğtişaşlara səbəb olub. Həmin şəxs bir il həbs cəzasına məhkum edilmişdi, lakin sonradan səhvən azadlığa buraxılmışdı.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR