Onlayn ictimai-siyasi qəzet
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, “Sputnik Azərbaycan”ın baş redaktoru Yevgeni Belousov həbsdən azad olunduqdan sonra ölkəni tərk edib.
Musavat.com xəbər verir ki, Zaxarovanın açıqlamasına görə, Belousovun azad edilməsi ilə bağlı qərar və onun ölkəni tərk etməsi məsələsi Rusiyanın diplomatik kanalları vasitəsilə əlaqələndirilib.
Rəsmi Moskva bu addımı iki ölkə arasında qarşılıqlı razılaşma və danışıqlar çərçivəsində izah edir.
Musavat.com-a görə, bu hadisə Moskva-Bakı münasibətlərində müəyyən yumşalmaya işarə kimi qiymətləndirilir. Rusiya prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin son telefon danışığı və digər diplomatik əlaqələr bu kontekstdə qeyd olunur. Belousovun azad edilməsi və ölkədən çıxışına imkan verilməsi iki tərəf arasında gərginliyi azaltmaq məqsədi daşıya bilər.
Bu, Bakının müsbət jestləridir. Lakin Moskva bu istiqamətdə cavab addımları atmağa tələsmir. Son aylarda Rusiya ərazisində sıxışdırılan və sözün həqiqi mənasında əzilən Azərbaycan diasporu hələ də təzyiq altındadır. Disporumuzun liderləri həbsxanalarda qalmaqdadır.
Qarşılıqlı etimadın bərpası üçün Kreml də müvafiq addəmlar atmalıdır.
Musavat.com
25 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ