Onlayn ictimai-siyasi qəzet
ABŞ dövlət katibi Marko Rubio İsrailə səfər edib.
Musavat.com xəbər verir ki, səfər çərçivəsində o, ölkənin siyasi rəhbərliyi ilə bir sıra görüşlər keçirəcək.
İsrail mediasının məlumatına görə, səfər ABŞ-la İsrail arasında münasibətlərin gərginləşdiyi bir vaxtda baş tutur. Gərginliyin əsas səbəbi İsrail HHQ-nin Dohada HƏMAS-ın qərargahına endirdiyi zərbə olub.
Rubionun həmçinin girovların ailələri ilə də görüşü nəzərdə tutulur. ABŞ dövlət katibinin İsraildəki səfəri 16 sentyabra qədər davam edəcək.
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ