Onlayn ictimai-siyasi qəzet
Müharibənin taleyi Çindən asılıdır.
Musavat.com xəbər verir ki, ABŞ-ın keçmiş vitse-prezidenti, hazırda prezident Donald Trampın xüsusi nümayəndəsi olan Kit Kelloq Ukrayna müharibəsi ilə bağlı sərt açıqlama verib.
Onun sözlərinə görə, Rusiyanın hazırkı mövqeyini qorumasında ən böyük pay Pekinə məxsusdur:
“Çinin dəstəyi olmadan Rusiya bunu edə bilməzdi. Əlbəttə, Şimali Koreya da var, amma Rusiya güclü vəziyyətdə olsaydı, minlərlə koreyalı hərbçini gətirməyə ehtiyac duymazdı”, – deyə Kelloq bildirib.
Diplomatın fikrincə, Çin Moskvanı dəstəkləməkdən imtina etsə, müharibə ən qısa zamanda başa çata bilər.
Musavat.com
14 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ