İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bir şeyi hesablaya bilməmişdilər” - Prezident

“Ermənistan və arxasında duranlar torpağımızı geri qaytarmaq fikrində deyildilər”.

Bunu Prezident İlham Əliyev Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşdə bildirib.

“Biz uzun illər çalışırdıq ki, Qarabağ münaqişəsi sülh yolu ilə həll olunsun. Ancaq Ermənistan tərəfi, onun arxasında duranlar başqa fikirdə idilər. Yəni, onlar torpağımızı geri qaytarmaq fikrində deyildilər. Onlar və onların arxasında duranlar, böyük dövlətlərin rəhbərləri onlara ürək-dirək verərək elə bil ki, bu işğalı daimi etmək istəyirdilər.

Amma bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının iradəsi, gücü, Vətən torpağına olan bağlılığı, Azərbaycan əsgərinin şücaəti, qəhrəmanlığı və xalqımızın birliyidir. Onu hesablaya bilməmişdilər. Əgər Ermənistan rəhbərliyi vaxtında mənim sözlərimə baxıb bizim torpaqlardan öz xoşu ilə çıxsaydı, İkinci Qarabağ müharibəsinə, antiterror əməliyyatına ehtiyac qalmazdı, üç mindən çox şəhidimiz olmazdı”, - deyə dövlət başçısı vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR