İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-ın nüvə hücumu planı iflasa uğradı: İsfahan bunkeri bombalara tab gətirdi

ABŞ Silahlı Qüvvələri İranın İsfahan şəhəri yaxınlığında yerləşən strateji nüvə obyektinə bunkerə qarşı bombalarla hava zərbəsi endirməkdən imtina edib.

Musavat.com xəbər verir ki, bu barədə CNN telekanalı dörd məlumatlı mənbəyə istinadən xəbər yayıb.

Məlumata görə, hərbi planlaşdırma zamanı obyektin yerin çox dərin qatlarında yerləşdiyi müəyyən edilib. ABŞ ordusu bunkerə qarşı xüsusi hazırlanmış bombalardan istifadə etməyi nəzərdən keçirsə də, obyektin mövqeyi və gücləndirilmiş qoruyucu təbəqələri səbəbindən belə silahların bu cür hədəfi effektiv şəkildə məhv edə bilməyəcəyi qənaətinə gəlinib.

Pentaqon rəsmiləri bildiriblər ki, alternativ zərbə variantları da dəyərləndirilib. Lakin onların heç biri obyektin neytrallaşdırılması üçün kifayət qədər nəticə verməyəcəyindən əməliyyat planı dayandırılıb.

Ekspertlərin fikrincə, bu hadisə İranın nüvə obyektlərinin yüksək səviyyədə qorunduğunu və hava hücumlarından müdafiə üçün xüsusi mühəndislik həllərinin tətbiq olunduğunu bir daha sübut edir.

Qeyd edək ki, İsfahan nüvə kompleksi İranın uran zənginləşdirmə proqramında mühüm rol oynayır və beynəlxalq mübahisələrin mərkəzindədir. ABŞ və müttəfiqləri bu obyektin İranın nüvə ambisiyalarının əsas dayaqlarından biri olduğunu bildirirlər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR