İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Suriyada hərbi varlığını GÜCLƏNDİRİR

ABŞ Suriyanın Dəməşq şəhərindəki aviabazada hərbi mövcudluğunu artırmağı planlaşdırır.

Musavat.com xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Amerika tərəfi bazanın infrastrukturunu gücləndirməyə və şəxsi heyəti artırmağa hazırlaşır.

Mənbələr bildirir ki, bu tədbirlər ABŞ kontingentinin regiondakı “təhlükəsizlik və əməliyyat imkanlarını artırmaq” məqsədi daşıyır.

Pentaqondan və ya ABŞ prezident administrasiyasından hələlik bu məsələ ilə bağlı heç bir rəsmi şərh yoxdur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

06 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR