İnsanlara hürriyət, millətlərə istiqlal!

“Lukoil” Bakıya neft göndərişlərini dayandırdı

Rusiyanın enerji şirkəti “Lukoil” Xəzər dənizindəki yataqlardan çıxardığı xammalın Bakıya daşınmasını dayandırıb.

Musavat.com xəbər verir ki, məlumatı Reuters yayıb.

Bildirilib ki, “Lukoil” noyabr ayından etibarən bütün neft həcmini Mahaçqalaya yönləndirəcək. Şirkət bu qərarı ABŞ və Böyük Britaniyanın tətbiq etdiyi sanksiyalarla əlaqələndirib.

Sanksiyalar nəticəsində “Lukoil” xaricdə fəaliyyətində ciddi çətinliklərlə üzləşib. Artıq Bakıya daşınan bütün aylıq həcmin — təxminən 130 min tonun — Rusiya limanına yönləndiriləcəyi açıqlanıb.

Məlumata görə, bu ay Mahaçqalaya 30 min ton neft çatdırılacaq. Oradan xammal Novorossiysk limanı vasitəsilə ixraca göndəriləcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Noyabr 2025

06 Noyabr 2025

BÜTÜN XƏBƏRLƏR