İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Venesuela ərazisinə zərbə endirməyi planlayır - CNN

ABŞ prezidenti Donald TrampVenesuelada yerləşən narkotik kartellərinə zərbə endirmək imkanını nəzərdən keçirir.

Musavat.com xəbər verir ki, məlumatı mənbələrə istinadən CNN yayıb. Bildirilir ki, bu cür planlar ABŞ administrasiyasının Venesuela prezidenti Nikolas Maduronun mövqelərini zəiflətməyə yönəlmiş daha geniş kursunun bir hissəsidir.

CNN-in məlumatına görə, bəzi ABŞ rəsmiləri ümid edir ki, bu həftə Venesuela sahilləri yaxınlığında gəmiyə endirilən zərbə və gələcəkdə narkotik tacirlərinə qarşı potensial zərbələr Maduronun ətrafına təzyiq göstərəcək və onları hakimiyyət dəyişikliyi barədə düşünməyə vadar edəcək. "Maduronun postu necə tərk edəcəyini təkbaşına başa düşməsi daha məqsədəuyğun olardı. Sonra ona eyham vuracaqlar: "Asan yolla getmək istəyirsən, yoxsa çətin yolu?" - teleşirkətin mənbələrindən biri bildirib.

Sentyabrın 5-də Tramp əmin edib ki, Vaşinqton Karakasda hökuməti devirmək niyyətində deyil.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR