İnsanlara hürriyət, millətlərə istiqlal!

Xərçəngə qarşı peyvənd hazırlandı – Xəstələrə pulsuz veriləcək

Rusiya xərçəngə qarşı peyvəndin istifadəyə hazır olduğunu açıqlayıb.

Musavat.com “İzvestiya”ya istinadən xəbər verir ki, bu barədə Federal Tibbi və Bioloji Agentliyin (FMBA) rəhbəri Veronika Skvortsova Şərq İqtisadi Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, FMBA artıq “Enteromiks” adlı dərmanın kliniki istifadəsinə icazə verilməsi üçün Səhiyyə Nazirliyinə müraciət edib.

“Son üç ildə aparılan tədqiqatlar peyvəndin təhlükəsizliyini və təkrar istifadəyə yararlılığını təsdiqləyib. Araşdırmalar həmçinin yüksək effektivliyi də sübut edib”, – deyə Skvortsova qeyd edib.

Məlumata görə, “Enteromiks” şişlərin ölçüsünü kiçildir və onların böyüməsini ləngidir. İlkin mərhələdə peyvəndin kolorektal xərçəng xəstələri üzərində tətbiqi nəzərdə tutulur. Preparat hər bir xəstənin orqanizminin xüsusiyyətlərinə uyğunlaşdırılacaq və effektivlik göstəricisinin 60-80 faiz arasında olacağı gözlənilir.

Xatırladaq ki, iyun ayında Rusiyanın baş onkoloqu Andrey Kaprin “Enteromiks” peyvəndinin klinik sınaqlarına start verildiyini açıqlayıb. Onun sözlərinə görə, sınaqlara 48 könüllü cəlb olunub və dərmanın zəhərli təsiri “çox əhəmiyyətsiz”dir. Peyvəndin xəstələrə pulsuz təqdim olunacağı bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR