İnsanlara hürriyət, millətlərə istiqlal!

Gallup açıqladı: “Bu ölkədə əksəriyyət Vaşinqton razılaşmasına qarşıdır...”

Ermənistan vətəndaşlarının əksəriyyəti avqustun 8-də Vaşinqtonda imzalanmış üçtərəfli bəyannaməyə mənfi münasibət bəsləyir.

Musavat.com xəbər verir ki, bu barədə am.sputniknews.ru yazıb. Bildirilir ki, Gallup İnternational sorğunu 25-30 avqust aralığında keçirib. Sorğunun nəticələrini isə təşkilatının Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan mətbuat konfransında açıqlayıb.

Sorğunun nəticələrinə görə, respondentlərin 22,8%-i bəyannaməni “tamamilə müsbət”, 19,3%-i isə “kifayət qədər müsbət” deyib. Eyni zamanda, 13,6% "kifayət qədər mənfi", 34% isə "tamamilə mənfi" olub. Daha 7%-i cavab verməkdə çətinlik çəkib, 3%-dən çoxu isə sənəddən xəbəri olmadığını etiraf edib.

“Sorğuda iştirak edənlərin demək olar ki, yarısı – təxminən 47%-i bəyannamənin imzalanmasına mənfi rəy verib, lakin respondentlərin demək olar ki, 40%-i bunu kifayət qədər müsbət qiymətləndirib”, – Navasardyan qeyd edib.

Sorğuda həmçinin Sünik rayonundan Azərbaycana yolun mümkün təminatı ilə bağlı sual da daxil edilib. Respondentlərin 17,4%-i bu ideyanı tamamilə müsbət, digər 18,1%-i isə “kifayət qədər müsbət” kimi qiymətləndirib. Eyni zamanda, 11,3% "kifayət qədər mənfi", 47,6% isə "tamamilə mənfi" olub.

 

"Beləliklə, respondentlərin təxminən 60%-i bu təşəbbüsə mənfi münasibət bəsləyir", - Navasardyan qeyd edib.

İştirakçılara həmçinin Vaşinqton razılaşması nəticəsində regionda uzunmüddətli sülhün bərqərar olmasının perspektivləri barədə də sual verilib. Demək olar ki, 39% dinc ssenariyə ümid etdiyini bildirib (15,8% - "mütləq bəli", 22,8% - "daha çox bəli"). Lakin əksəriyyət - təxminən 55% - bu nikbinliyi bölüşmür (13,5% - "daha doğrusu yox", 41,6% - "qətiyyən yox").

Yada salaq ki, Gallup İnternationalın Ermənistan ofisi bu ilin mayında siyasi liderlərin reytinqi haqda da sorğu keçirmişdi. Rəy sorğusunda respondentlərdən “növbəti bazar günü seçki keçirilsə, hansı sityasi qüvvəyə səs verəcəksiniz” sualı soruşulub.

Sorğunun nəticələri belə olmuşdu:

Hakim “Mülki müqavilə” partiyası – 11,5 faiz (mart ayında 11,8 faiz olub).

Robert Koçaryanın lideri olduğu “Ermənistan” bloku – 8 faiz (mart ayında 4,7 faiz olub).

Serj Sarkisyanın lideri olduğu “Şərəfim var” bloku – 3,7 faiz (mart ayında 2,1 faiz oub).

“Çiçəklənən Ermənistan” – 3,2 faiz.

“Daşnaksütyun” AXC – 2,2 faiz.

Respondentlərin 23,7 faizi seçkilərdə iştirak etmək niyyətində olmadıqlarını bildirib. Sorğunun nəticələrinə görə, Paşinyanın reytinqi geriləyib, Robert Köçəryan və Serj Sarkisyanın reytinqi yüksəlib. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2025

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR