İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Ukrayna artıq ordusunu 60% öz silahı ilə təmin edir

Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, ölkə silah istehsalını sürətləndirərək Silahlı Qüvvələrini böyük ölçüdə yerli istehsal olan silahlarla təmin etməyə nail olub.

Musavat.com xəbər verir ki, dövlət başçısının sözlərinə görə, hazırda Ukrayna ordusunun istifadəsində olan silahların təxminən 60 faizi məhz Ukraynada istehsal olunub. Zelenski əlavə edib ki, bu müddət ərzində ölkə bir çox qabaqcıl hərbi texnologiyalar və müasir silah sistemləri hazırlayıb.

Prezident onu da vurğulayıb ki, Ukrayna xarici tərəfdaşlarla əməkdaşlığı genişləndirir. İlk dəfə olaraq Danimarka ilə birgə zavod tikintisinə başlanıb. Bu müəssisədə raket və pilotsuz uçuş aparatları üçün komponentlər istehsal olunacaq.

Zelenskinin sözlərinə görə, növbəti mərhələdə hava hücumundan müdafiə sistemlərinin Ukraynada və ya tərəfdaş ölkələrlə birlikdə istehsalının təşkil olunması planlaşdırılır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Sentyabr 2025

06 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR