Onlayn ictimai-siyasi qəzet
Azərbaycan milli komandasının İslandiya yığmasına 5-0 hesablı biabırçı məğlubiyyətindən sonra millinin baş məşqçisi Fernandu Santuşun maaşı məsələsi bir daha gündəmə gəlib. Çoxları onun əgər millidən qovulacağı təqdirdə milyonlarla təzminat alacağını düşünür. İstənilən halda portuqaliyalı məşqçinin göndərilməsi ən uyğun variant hesab olunur.
Musavat.com məlumat verir ki, bununla bağlı REAL partiyasının sədri, iqtisadçı ekspert Natiq Cəfərli öz Facebook səhifəsində fikirlərini bölüşüb:
"Millimizin baş məşqçisi Fernandu Santuşun maaşı haqqında rəsmi məlumat yoxdur – bu da ölkədə şəffaflığın bərbad olduğunu bir daha sübut edir. Müxtəlif mənbəələrdə qazancının 2 milyon avro illik maaş və bonuslar olduğu yazılıb. Onunla 4 illik müqavilə bağlanılıb, deməli, sona qədər qalsa 8-10 milyon arası maaş, qovulsa da, təxminən, bir o qədər təzminat alacaq.
Ölkdə ildə 2 milyon avroya 2-3 yaxşı uşaq futbol məktəbi yaratmaq olar, həmin uşaqlara doğru yanaşma olsa, bir neçə ildən sonra peşəkar futbolçuya çevrilə bilərlər. Hər məktəbdə 100, ümumən 200-300 arası fərasəti olan uşaqlarla doğru məşq keçsələr, onlardan mütləq 11 nəfər millidə oynaya biləcək futbolçu çıxacaq, ən azı, 15-20 nəfər legionar ola biləcək.
Millinin uğur yolu 7-8 yaşlı uşaqların doğru məşçi ilə düzgün tədrisindən başlaya bilər. Bunun üçün Santuşa-mantuşa ehtiyac yoxdur, (açığı, bu gün Millinin zəif oynamasının günahı heç onda da deyil - Santuş nəticəni dəyişə bilməz, çünki, nəticəni yaradan səbəblər ondan asılı deyil) futbol bu sahəni bilən, sevən, bacaran, milli təəssübkeşliyi olan insanlara həvalə edilməlidir. Vəssalam...".
Cavanşir ABBASLI,
Musavat.com
07 Sentyabr 2025
06 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ