İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ ev BMT, UNESCO və ÜST-yə ianələrin dayandırılmasını təklif edir

ABŞ Prezidenti Donald Trampın administrasiyası Amerikanın BMT, UNESCO və ÜST-yə ayırdığı ianələri dayandırmağı təklif edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ evin mayın 2-də dərc etdiyi ABŞ-nin 2026-cı maliyyə ili (ölkədə oktyabrın 1-dən başlayır) üçün federal büdcə layihəsində qeyd olunur.

Sənəddə deyilir ki, Tramp administrasiyası BMT və digər beynəlxalq təşkilatlara könüllü ianələri dayandırmaqla xərcləri 1,7 milyard dollar azaltmağı təklif edir. Söhbət BMT, UNESCO və ÜST-dən gedir.

Büdcə layihəsində vurğulanır ki, ABŞ Prezidenti öz mülahizəsinə uyğun olaraq bu təşkilatlara ianələr ayrılmasına göstəriş verə bilər. Bu məqsədlər üçün vəsaitin “strateji investisiyaların” həyata keçirilməsi üçün yaradılması irəli sürülən 2,9 milyard dollarlıq xüsusi fonddan ayrılması təklif edilir.

Bundan başqa, sənəddə ziyanlı sülhməramlı missiyaları, o cümlədən BMT xətti ilə olan missiyaları maliyyələşdirməkdən imtina edərək xərclərin 1,6 milyard dollar azaldılması da təklif edilir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 May 2025

BÜTÜN XƏBƏRLƏR