İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Ev Suriyanın yeni hakimiyyəti ilə danışıqlar aparıldığını təsdiqlədi

Amerikalı diplomatlar bu həftə Nyu Yorkda Suriyanın yeni hökumətinin nümayəndələri ilə danışıqlar apararaq onları terrorizm və İrana qarşı mübarizəyə çağırıblar.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, məlumatı jurnalistlərə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus açıqlayıb.

Onun sözlərinə görə, danışıqlar aprelin 29-da baş tutub: “Sizə deyə bilərəm ki, Dövlət Departamentinin rəsmiləri aprelin 29-da Nyu-Yorkda Suriyanın keçid hakimiyyəti ilə görüşüblər”. O həmçinin qeyd edib ki, ABŞ və Suriya arasında "münasibətlərin gələcək normallaşması" və ya Vaşinqtonun Dəməşqə qarşı sanksiyalarının ləğvi Amerika tərəfinin irəli sürdüyü tələblərin yerinə yetirilməsindən asılı olacaq. Buraya Suriyanın yeni hakimiyyət orqanlarının “terrorizmdən tamamilə əl çəkməsi” və ölkədə onu aradan qaldrıması, “İrana və onun etibarlı şəxslərinə Suriya ərazisindən istifadə etməyə imkan verməməsi” daxildir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 May 2025

BÜTÜN XƏBƏRLƏR