Onlayn ictimai-siyasi qəzet
Erməni mənbələrinin yaydığı məlumata görə, Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan bir daha Nikol Paşinyanın yanında olduğunu göstərib. O, baş nazirin Qarabağdan köçmüş ermənilərin geri qaytarılması mövzusunu bağlamaq qərarını müsbət qiymətləndirib ( müəllif Beniamin Matevosyan)
Musavat.com -un hazırladığı məlumatda bildirilir ki, Ter-Petrosyan 2018-ci ildən bəri Paşinyan hakimiyyətinin dayaqlarından biri olub və çətin məqamlarda ona açıq şəkildə dəstək verib. Bu gün də verdiyi bəyanatla Paşinyanın Qarabağ mövzusunu gündəmdən çıxarmasını müdafiə edib.
Daha da diqqətçəkəni odur ki, Ter-Petrosyan Paşinyana seçki ili ərəfəsində bu mövzunu “danışıqlar və imitasiya ilə uzatmaq” təklifini verib. O, dövlət idarəçiliyi sistemində ayrıca bir institut yaradılmasını və həmin institutun guya Qarabağdan olan ermənilərin sosial problemlərinin həlli ilə məşğul olmasını istəyib. Əslində isə məqsəd başqadır – Qarabağ ermənilərinin hüquqları uğrunda siyasi mübarizəyə başlamasının, mitinqlərə qoşulmasının və ya müxalifəti dəstəkləməsinin qarşısını almaq.
Maraqlı məqamlardan biri də odur ki, Ter-Petrosyan çıxışının əvvəlində “göstəriş xatirinə” Paşinyanı tənqid edir, hətta onu Qəddafi ilə müqayisə edir. Amma əslində Paşinyanın Qarabağ və oradakı ermənilər mövzusunda atdığı addımlar, məhz Ter-Petrosyanın illərdir istədiyi xəttlə üst-üstə düşür.
Nəticə aydındır: Ter-Petrosyan və Paşinyan həmişə siyasi müttəfiq olublar və bu gün də eyni ideologiyanın davamçılarıdırlar. Onların baxışları üst-üstə düşür – Ermənistanı “türk dünyasına inteqrasiya etdirmək”.
Belə bir modeldə isə nə Qarabağa, nə də ermənilərin ora qayıdışına yer yoxdur.
Musavat.com
20 Avqust 2025
19 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ