Onlayn ictimai-siyasi qəzet
NATO-nun Baş katibi Rutte ABŞ zirvəsi sonrası Ərdoğanla danışıb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə telefonla danışıb.
Musavat.com xəbər verir ki, Rutte ABŞ Prezidentinin Volodimr Zelenski və Avropa İttifaqı liderləri ilə Vaşinqtonda keçirilən zirvənin nəticələri barədə Ərdoğana məlumat verib.
Rabitə Nazirliyi tərəfindən yayılan açıqlamada qeyd olunub ki, görüş zamanı Ukrayna-Rusiya münaqişəsi və barış prosesi ilə bağlı son gəlişmələr müzakirə edilib.
Prezident Ərdoğan və Baş katib Rutte Türkiyənin Ukrayna barış prosesində, eləcə də Qara dənizin təhlükəsizliyində oynadığı mühüm rola diqqət çəkiblər.
Tərəflər həmçinin NATO çərçivəsində yaxın koordinasiya, sülh təşəbbüslərinə dəstək və davamlı təhlükəsizlik təminatlarının vacibliyi barədə fikir mübadiləsi aparıblar.
Musavat.com
20 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ