Onlayn ictimai-siyasi qəzet
Vitse-prezident J.D.Vens, dövlət katibi Marko Rubio və xüsusi elçi Stiven Vitkoff Rusiya prezidenti Vladimir Putin və Vladimir Zelenski arasında mümkün qədər tez görüş təşkil etmək üçün Rusiya və Ukrayna ilə koordinasiyanı təmin edəcəklər. Musavat.com xəbər verir ki, bunu jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə Ağ Evin mətbuat katibi Karolin Levitt deyib: “Prezident Tramp prezident Putinlə telefonla danışıb və o, sülh prosesini prezident Putin və Zelenski arasında görüş, ardınca isə lazım gələrsə, prezident Putin, Zelenski və prezident Tramp arasında üçtərəfli görüş təşkil etmək kimi növbəti mərhələyə keçirməyə razılaşıb. Vitse-prezident Vens, katib Rubio və xüsusi elçi Vitkoff bunun mümkün qədər tez baş verəcəyinə əmin olmaq üçün Rusiya və Ukrayna ilə koordinasiyanı davam etdirəcəklər".
Mətbuat katibi həmçinin bildirib ki, ABŞ Rusiya və Ukrayna ilə görüş yeri üçün bir çox variantları müzakirə edir: "Hazırda bizim milli təhlükəsizlik komandamız tərəfindən hər iki tərəflə müzakirə olunan müxtəlif variantlar var".
Musavat.com
22 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ