İnsanlara hürriyət, millətlərə istiqlal!

Xarici agent elan edilən Markovdan İLK AÇIQLAMA

Xəbər verdiyimiz kimi, politoloq Sergey Markov Rusiya Federasiyasında xarici agentlərin reyestrinə daxil edilib.

Musavat.com xəbər verir ki, bununla bağlı politoloq özünün "Telegram" kanalında paylaşım edib:

"Mən xarici agent deyiləm. Bunu hamı bilir. Mən 25 il ərzində Vladimir Putinin siyasətini dəstəkləmişəm və dəstəkləyirəm. Mən Kanada sanksiyaları altındayam".

Onun sözlərinə görə, bunu edənlər Rusiyanın düşmənləridir:

"Mənə qarşı yönəlmiş hücumlarla Rusiyanın düşmənləri və Vladimir Putinin siyasətinin əleyhdarları həyata keçirirlər. Gələcəkdə onlar ya özlərini satqın kimi göstərəcəklər, ya da korrupsioner kimi işdən uzaqlaşdırılacaqlar. Hazırda mənə böyük bir dəstək dalğası gəlir. Yüzlərlə dürüst və həqiqi Rusiya vətənpərvəri mənə zəng edir, yazır, uğurlar arzulayır və əminliklərini bildirirlər ki, hər şey yaxşı olacaq. Sizə böyük təşəkkürümü bildirirəm. Mən həmişə və indi də Rusiyanın patriotu və Vladimir Putinin siyasətinin tərəfdarıyam".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

22 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR