İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Sergey Markovu niyə “xarici agentlər” siyahısına saldı? Rəsmi AÇIQLAMA

Musavat.com-un da xəbər verdiyi kimi, Rusiya Ədliyyə Nazirliyi Sergey Markovu “xarici agent” elan edib.

Nazirlik bu radikal addıma səbəb kimi onun “xarici agent” kimi tanınmış şəxslərin və Rusiyada fəaliyyəti arzuolunmaz hesab edilən təşkilatların məlumat və materiallarının hazırlanmasında və yayılmasında iştirakını göstərib.

Bununla yanaşı, siyahıya Buryatiyadan olan hüquq müdafiəçisi Radjana Dugarova, Rus Pravoslav Kilsəsinin nümayəndəsi protoierey Andrey Kordoçkin, bloqçu Dmitri Nyuberg, həmçinin “Alif TV” və “Tamizdatproject.org” adlı layihələr də əlavə edilib.

Xatırladaq ki, son illər Rusiya hökuməti “xarici agent” qanunvericiliyini sərtləşdirib. Bu status həmin şəxslərin maliyyə mənbələrinə, fəaliyyətinə və ictimai mövqeyinə ciddi məhdudiyyətlər qoyur, həmçinin onlara qarşı ictimai qınağı artırır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR