İnsanlara hürriyət, millətlərə istiqlal!

Qara dənizdə ƏMƏLİYYAT BAŞLAYIR - Türkiyə Ukraynaya qoşun göndərməyə hazırdır

Türkiyə ən azı müharibədən sonrakı mərhələdə Qara dənizin minalardan təmizlənməsində iştirak etməyə hazırdır və təhlükəsizlik təminatları çərçivəsində Ukraynaya qoşun göndərmək imkanını nəzərdən keçirir.

Musavat.com “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə telemarafonun efirində Ukraynanın Türkiyədəki səfiri Nəriman Cəlal məlumat verib.

“Dünən müdafiə naziri Yaşar Gülər ilə görüşdüm, çox səmimi və məhsuldar söhbətimiz oldu. Türkiyə yaxın vaxtlarda Qara dənizin minalardan təmizlənməsi əməliyyatına qoşulmağa hazırdır”, – səfir vurğulayıb.

Ukraynalı diplomat həmçinin bildirib ki, Ankara dənizdə minalardan təmizləmə ilə yanaşı, humanitar məqsədli quru minalarının təmizlənməsində də iştirak təkliflərini nəzərdən keçirir.

Səfir xatırladıb ki, Türkiyə təhlükəsizlik təminatı çərçivəsində Ukraynaya qoşun göndərməyə hazır olan 10 ölkədən biridir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR