İnsanlara hürriyət, millətlərə istiqlal!

Fransada istirahət parkının rəhbəri israilli uşağlara görə həbs olundu

Fransanın cənubunda yerləşən istirahət parkının direktoru 150 israilli uşağın parkı ziyarət etməsinə icazə vermədiyi üçün saxlanılıb və həbs edilib.

Musavat.com xəbər verir ki, Parisien qəzeti məlumat verib ki, uşaqlar İspaniyadakı yay düşərgəsindən parkı ziyarət etmək üçün gəlsələr də, park rəhbəri “şəxsi əqidələrinə görə” onları qəbul etməyib. Bütün biletin əvvəlcədən bron edildiyi bildirilsə də, direktor uşaqları parkın ərazisinə buraxmayıb.

Hadisədən sonra uşaqlar jandarm müşayiəti ilə başqa bir parkı ziyarət ediblər. Qəzet qeyd edir ki, 52 yaşlı direktor üçün üç ilədək həbs cəzası tətbiq oluna bilər. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR