Onlayn ictimai-siyasi qəzet
Ukrayna silahlı qüvvələri yeni uzaqmənzilli raketini ilk dəfə nümayiş etdirib.
Musavat.com xəbər verir ki, söhbət P-360 “Neptun” qanadlı raketinin uzaqmənzilli modifikasiyası olan “Uzun Neptun”dan gedir. Bu raket hədəfləri 1000 km-ə qədər məsafədə vurmaq qabiliyyətinə malikdir.
Raketin hazırlanmasından ilk dəfə 2023-cü ilin noyabrında məlumat verilsə də, indiyədək heç bir vizual görüntüsü ictimaiyyətə təqdim edilməmişdi. “Uzun Neptun” ilk dəfə videoda görünüb, həmin video isə Ukraynanın Dövlət “Silah” portalının rəsmi hesabında Müstəqillik Günü öncəsi yayımlanıb.
Ekspertlər hesab edirlər ki, bu raket Ukraynanın strateji imkanlarını əhəmiyyətli dərəcədə artıracaq.
Musavat.com
26 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ