Onlayn ictimai-siyasi qəzet
Məşhur türk blogerlər Orkun Işıtmak və Tuna Tavus Bakıya gəlib.
Musavat.com xəbər verir ki, onlar Azərbaycana gələrək yerli toy mərasimində iştirak ediblər.
Gecənin ən maraqlı anı isə iki fenomenin toy meydanında Azərbaycan musiqisinin sədaları altında rəqs etməsi olub. Toy iştirakçıları və sosial mediada yayılan görüntülər qısa müddətdə gündəm yaradıb.
Videoda Tuna Tavus və Orkun Işıtmakın ənənəvi toy ab-havasına uyğun şəkildə coşqu ilə rəqs etmələri izləyicilərin böyük marağına səbəb olub. Bir çox sosial media istifadəçisi onların səmimi və əyləncəli performansını şərh yağışına tutub.
Məşhur blogerlərin məclisə şort geyinməsi də birmənalı qarşılanmayıb və tənqid olunub.
Könül
Musavat.com
27 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ