İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müəllim vakansiyaları GİZLƏDİLİR” - dosentdən ŞOK İFŞA: “Özbaşınalıqdır...” - VİDEO

Dosent İlham Əhmədov müəllimlərin işə qəbulu (MİQ) prosesi ilə bağlı cəmiyyətdə yaranan narazılıqlara münasibət bildirib.

O, “Müsavat TV”-nin efirində çıxışı zamanı imtahanlarda yüksək nəticə göstərən namizədlərin işlə təmin olunmamasını ciddi problem adlandırıb və bunun təhsil sistemində mövcud olan nizamsızlıqlardan qaynaqlandığını vurğulayıb.

Əhmədov qeyd edib ki, MİQ imtahanında aşağı bal toplayan şəxslərin məktəblərə qəbul olunduğu halda, yüksək bal yığan gənc mütəxəssislərin kənarda qalması həm ədalətsizlik, həm də dövlətin insan resurslarından düzgün istifadə etməməsi deməkdir. Mütəxəssis əlavə edib ki, hazırda təhsil sahəsində ümumi bir hərc-mərclik hökm sürür. O, təhsilin digər sahələrində olan çatışmazlıqları da sadalayıb. Musavat.com həmin videomaterialı təqdim edir.

Afaq Mirayiq,
Rafət Şahbazov,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

27 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR