İnsanlara hürriyət, millətlərə istiqlal!

Nurlan Hacıyev nazirliyin aparat rəhbəri TƏYİN OLUNDU

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə aparat rəhbəri təyin olunub.

Naxçıvan maliyyə naziri Həsən İsmayılovun müvafiq əmrinə əsasən Hacıyev Nurlan Rauf oğlu Nazirliyin aparat rəhbəri vəzifəsinə təyin edilib.

N.Hacıyev 4 sentyabr 1985-ci ildə Naxçıvan şəhərində anadan olub. O, Naxçıvan Dövlət Universitetində "Gömrük işinin təşkili" və "Ümumi iqtisadiyyat" ixtisasları üzrə ali təhsil alıb.

Qeyd edək ki, əmək fəaliyyətinə 2008-ci ildə Azərbaycan Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsində başlayan Nurlan Hacıyev sonrakı illərdə "Naxçıvanbank ASC"nin Culfa rayon filialının müdiri, 2017-ci ildən isə Maliyyə Nazirliyinin Xəzinə şöbəsində sektor müdiri və şöbə müdiri vəzifələrində çalışıb.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR