Onlayn ictimai-siyasi qəzet
ABŞ vitse-prezidenti Cey Di Vens Ukraynanın ərazi bütövlüyünün qorunması məsələsində prezident Donald Trampın mövqeyinin Kiyevlə üst-üstə düşdüyünü açıqlayıb.
“Vaşinqton Ukraynanın ərazi bütövlüyünü qorumaq istəyir və Rusiyanın bütün ölkəni işğal etməsini qəbul etmir”, – deyə Vens bildirib.
Musavat.com xəbər verir ki, o həmçinin qeyd edib ki, müharibə artıq elə mərhələyə çatıb ki, nə Rusiya döyüşlərdə ciddi irəliləyiş əldə edir, nə də Ukrayna uğur qazanır: “Hər kəs – o cümlədən ABŞ üçün ən yaxşı variant qırğınları dayandırmaq və münaqişəni sülh yolu ilə həll etməkdir”.
Musavat.com
28 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ