Onlayn ictimai-siyasi qəzet
Ermənistanın Baş naziri Nikol Paşinyan qarşıdakı Moskva səfəri ilə bağlı açıqlama verib.
Musavat.com xəbər verir ki, o, hökumətin iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, “Məni Moskvada gözlədiklərinə şadam.
Həmişə Rusiyaya səfərləri gözləyirəm. Görüşlərin ən yaxını sentyabr ayının sonuna planlaşdırılıb.”
Paşinyanın sözlərinə görə, Moskva səfərindən əvvəl o, Çinə gedəcək və burada Şanxay Əməkdaşlıq Təşkilatının zirvə toplantısında iştirak edəcək. Zirvə çərçivəsində onun Rusiya Prezidenti Vladimir Putinlə görüşü də nəzərdə tutulur. Baş nazir xatırladıb ki, avqust ayında Putinlə telefon danışığı da olub və yaxın günlərdə bu təmaslar davam etdiriləcək.
Erməni mediasının yazdığına görə, Paşinyan Moskva səfərini Ermənistan-Rusiya münasibətlərinin davamı kimi qiymətləndirib və bildirib ki, bu görüşlər ikitərəfli əməkdaşlıqda “fasiləsiz dialoqun” bir hissəsidir. O, Rusiyaya qarşıdakı səfərin həm siyasi, həm də iqtisadi məsələlərin müzakirəsi baxımından əhəmiyyət daşıdığını vurğulayıb.
Xatırladaq ki, Ermənistan hökuməti son aylarda Moskva ilə münasibətlərin gərginləşməsi barədə iddiaları rədd edir və rəsmi Yerevanın hələ də Rusiyanı əsas müttəfiqlərindən biri kimi saxladığını bəyan edir. Paşinyanın bu açıqlaması da qarşıdakı ayların diplomatik gündəmində Ermənistan-Rusiya təmaslarının davam edəcəyini təsdiqləyir.
Musavat.com
29 Avqust 2025
28 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ