İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mən işdən çıxmışam deyə əmək haqqı almıram, aliment də tutulmur”  

Abşeron sakini Zərifə Zeynalova keçmiş həyat yoldaşı Ziya Asif oğlu Zeynalovun 5 ildir ki, aliment ödəməsi haqda açıqlamasına sonuncu münasibət bildirib.

Ziya Zeynalov Musavat.com-a deyib ki, övladlarını taleyin ümidinə buraxması doğru deyil.

“Məhkəmənin alimentlə bağlı qərarında konkret olaraq məbləğ göstərilməyib. Həmin qərarda əmək haqqımın üçdə birinin tutulması dərc olunub. Mən işdən çıxmışam deyə əmək haqqı almıram, aliment də tutulmur”, - deyə Ziya Zeynalov bildirib.

Deyib ki, bununla belə övladlarının xərclərini qarşılamaqdan yayınmır: “Qızım oxuduğu məktəbdə illik təhsil haqqı 8 min manatdır. Həmin məbləğin yarısını ödəyirəm, qızlarımla da təmasdayam, çalışıram ki, onların ehtiyaclarını qarşılayım. Övladlarıma bu illər ərzində xərclədiyim vəsait maaşımdan tutulan vəsaiti, alimentiməbləğini də üstələyir”.

Ziya Zeynalov övladlarının saxlanılmasına xərclədiyi qeyri-rəsmi ödəmələr barədə məlumatları Abşeron rayon İcra və Probasiya Şöbəsinə təqdim edəcəyini də bildirib.

Qeyd edək ki, Abşeron sakini Zərifə Zeynalova Musavat.com-a müraciət edərək keçmiş həyat yoldaşı Ziya Asif oğlu Zeynalovun 5 il müdddətində aliment ödəmədiyini bildirib.

Onun sözlərindən bəlli olub ki, məhkəmə qərarına əsasən, Ziya Zeynalov hər iki qız övladı üçün ayda ümumilikdə 360 manat aliment ödəməli olsa da, məhkəmə qətnaməsi çıxandan sonrakı bir neçə ayda 50-100 manat ödəməklə kifayətlənib. Beləcə 20 min manata yaxın aliment ödənməmiş qalıb. Zərifə Zeynalova Abşeron İcra və Probasiya şöbəsi məmurlarının fəaliyyətsizliyindən şikayətlənmişdi.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR