İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ İran neftini İraq məhsulu kimi satan şəbəkə aşkarladı – Sanksiya tətbiq edildi

ABŞ hakimiyyəti İraq nefti adı altında İran neftinin daşınması və satışı ilə məşğul olan yeddi şirkət və doqquz gəmiyə sanksiya tətbiq edib. Musavat.com  xəbər verir ki, məlumatı ABŞ Maliyyə Nazirliyi açıqlayıb.

Nazirliyin müvafiq bəyanatına görə, sanksiya siyahısına İraq, həmçinin Sent Kitts və Nevis vətəndaşı olan iş adamı Valid Xalid Həmid əl-Samarrai da salınıb. Bildirilir ki, o, “dünya bazarlarında İran neftinin satışı ilə məşğul olan gəmilərə sahib olan şirkətlər şəbəkəsini” idarə edir. Bəyanatda qeyd olunub ki, bu şirkətlər “İran neftini İraq nefti ilə qarışdırır və sonra onu sırf İraq mənşəli neft kimi satırlar”. ABŞ-ın hesablamalarına görə, bu şəbəkə İran və onun tərəfdaşlarına ildə təxminən 300 milyon dollar qazanmağa imkan verir.

Sanksiyalar qərargahı BƏƏ-də yerləşən Babylon Navigation DMCC və Galaxy Oil FZ MMC-yə, eləcə də Marşal Adalarında yerləşən Tryfo Navigation Inc., Keely Shiptrade Limited, Odiar Management S.A., Panarea Marine S.A. və Topsail Shipholding Inc firmalarına tətbiq edilib. Sanksiya siyahısına daxil edilməsi ABŞ-dakı aktivlərin dondurulması və Amerika vətəndaşlarına və şirkətlərinə onun subyektləri ilə biznes fəaliyyətinin qadağan edilməsi deməkdir.

Maliyyə naziri Scott Bessent deyib ki, Vaşinqton “İraqda İranın təsirinə qarşı mübarizə aparır”. Onun sözlərinə görə, ABŞ “Tehranın Amerika sanksiyalarından yan keçmək cəhdlərinə” mane olmaq niyyətindədir.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

03 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR