Onlayn ictimai-siyasi qəzet
Rusiyanın baş naziri Mixail Mişustin 2025-ci ilin iyul-noyabr aylarında Moskva-Pxenyan-Moskva marşrutu üzrə uçuşlar üçün "Severnıy Veter" aviaşirkətinin xərclərinin subsidiyalaşdırılması barədə sərəncam imzalayıb. Musavat.com hökumət saytında yerləşdirilən sərəncama istinadən xəbər verir ki, aviaşirkətə Pxenyana dayanacaqsız uçuşlara görə Rusiya Federasiyası Hökumətinin ehtiyat fondundan 124 milyon 448,6 min rubl ayrılır.
Bəsait Rosaviasiya vasitəsilə çatdırılacaq. Sərəncama əsasən aviaşirkət 2025-ci ilin iyul-noyabr aylarında bir istiqamətdə 10 uçuş həyata keçirəcək.
Mişustin Rosaviasiya-ya ayrılan vəsaitlərin məqsədyönlü və səmərəli istifadəsinə nəzarət etməyi də tapşırıb.
Musavat.com
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ