İnsanlara hürriyət, millətlərə istiqlal!

Fridman İspaniyadan kömək istəyir - Aİ sanksiyalarının ləğvi üçün

Rusiyalı oliqarx Mixail Fridman İspaniyadan Avropa sanksiyalarının ləğvində ona dəstək verməsini istəyib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, o, 2029-cu ilə qədər “Dia” supermarketlər şəbəkəsinin inkişafına hər il 180 milyon avro sərmayə qoyacağını vəd edib.

Rusiyalı iş adamı İspaniyanın "Dia"nın sahibi olan "LetterOne" investisiya fondunun əsas səhmdarıdır. Fridman müraciətində “Dia” şəbəkəsinin İspaniyada 2300-dən çox mağaza işlətdiyini, 6,8 milyard avro iqtisadi effekt yaratdığını və 100 minə yaxın insanı işlə təmin etdiyini vurğulayıb.

Məktubda iş adamı bildirir ki, onun hazırda vəzifəsindən uzaqlaşdırıldığı qrupun rəhbərliyinə qayıtması beşillik inkişaf strategiyasının həyata keçirilməsinə “vacib təminat” olacaq. Plan 300 yeni satış məntəqəsinin işə salınmasını və 2029-cu ilə qədər illik təxminən 180 milyon avro investisiyanı nəzərdə tutur.

“El Mundo” xəbər verir ki, Fridman sanksiyaların aradan qaldırılmasında artıq Macarıstan, Slovakiya və Lüksemburqdan dəstək alıb. İtaliya, Yunanıstan, Avstriya və Xorvatiya da buna müsbət yanaşır. “Alfa” qrupunun digər sanksiyaya məruz qalan həmtəsisçisi, Latviya vətəndaşlığına malik Petr Aven ilə Fridmanın əlaqələri səbəbindən Latviya buna qarşıdır.

Rusiyanın müxalif siyasətçiləri, jurnalistləri və sahibkarları daha əvvəl Fridmana qarşı sanksiyaların ləğvini xahiş etmişdilər. 2023-cü ilin martında belə bir tələblə Avropa Komissiyasına kollektiv müraciət göndərilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR