Onlayn ictimai-siyasi qəzet
Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin birinci sədr müavini Konstantin Zatulin növbəti dəfə Azərbaycana qarşı qərəzli mövqeyini nümayiş etdirib.
Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, deputat Lenta.ru-ya açıqlamasında Zəngəzur dəhlizinin açılmasını Rusiyanın maraqlarına zidd adlandıraraq açıq şəkildə Bakının siyasətini hədəfə alıb.
Zatulin bildirib ki, Azərbaycan Qarabağı azad etməklə və 2023-cü ildə sülh prosesindən imtina etməklə öz planlarını həyata keçirib və bu zaman Türkiyənin dəstəyindən yararlanıb. O, Azərbaycanın artıq Rusiya ilə addımlarını uzlaşdırmağa ehtiyac duymadığını xüsusi vurğulayıb.
Deputat daha da irəli gedərək Zəngəzur dəhlizini, ABŞ və İsrailin regiondakı fəaliyyətini Moskvanın maraqlarına qarşı addım kimi təqdim edib. O, Türkiyə-Azərbaycan əməkdaşlığını “Böyük Turan” layihəsi ilə əlaqələndirərək Rusiyanın türk xalqları yaşayan bölgələri üçün təhlükə yaratdığını iddia edib.
Zatulin eyni zamanda Azərbaycanın ABŞ və İsraillə yaxınlaşmasını İran əleyhinə “zəmin” kimi qələmə verib və Bakını guya İranda yaşayan azərbaycanlılardan istifadə edərək ölkəni “sarsıtmaq” niyyətində ittiham edib.
Musavat.com
05 Sentyabr 2025
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ