İnsanlara hürriyət, millətlərə istiqlal!

Kanadada bıçaqlı hücum nəticəsində bir nəfər ölüb, səkkiz nəfər yaralanıb

Kanadanın Manitoba əyalətinin Hollou Uoter icmasında yerli ailəyə bıçaqla hücum nəticəsində bir nəfər ölüb, 8 nəfər yaralanıb.

"Report" xəbər verir ki, bu barədə CBC telekanalı polisə istinadən məlumat yayıb.

Yaralıların Vinnipeq tibb elmləri Mərkəzinin təcili yardım şöbəsinə yerləşdirildiyi, onlardan ikisinin helikopterlə xəstəxanaya aparıldığı qeyd edilir.

Kanada polisi hücumda şübhəli bilinən şəxsin də öldürüldüyünə aydınlıq gətirib. Məlumata görə, hadisə ilə əlaqədar magistral yol bağlanıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Sentyabr 2025

04 Sentyabr 2025

BÜTÜN XƏBƏRLƏR