Onlayn ictimai-siyasi qəzet
Böyük Britaniyanın baş naziri Kir Starmer açıqlama verib.
Musavat.com xəbər verir ki, o, “Könüllülər koalisiyası”na daxil olan ölkələrin Ukraynaya uzaqmənzilli raketlər təqdim edəcəyini bildirib.
Starmerin sözlərinə görə, bu addım Kiyevə hərbi yardımı gücləndirməli və eyni zamanda Moskvaya təzyiqi artırmalıdır. Lakin baş nazir hansı silah sistemlərinin nəzərdə tutulduğunu açıqlamayıb.
Böyük Britaniyanın baş naziri həmçinin Vladimir Putini qəsdən sülh danışıqlarını uzatmaqda günahlandırıb və müttəfiqlərin Rusiyanı döyüş əməliyyatlarını dayandırmağa məcbur etməli olduğunu vurğulayıb.
Musavat.com
05 Sentyabr 2025
04 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ